Baydenin kobud səhvlərinin davamı; Bu dəfə iki Koreyanın adını səhv saldı
https://azeri.sahartv.ir/news/dünya-i389551-baydenin_kobud_səhvlərinin_davamı_bu_dəfə_iki_koreyanın_adını_səhv_saldı
ABŞ prezidenti Merilend ştatında səhvən Şimali Koreyanı Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrdən biri kimi qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2022 07:11 Asia/Baku
  • Baydenin kobud səhvlərinin davamı; Bu dəfə iki Koreyanın adını səhv saldı

ABŞ prezidenti Merilend ştatında səhvən Şimali Koreyanı Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrdən biri kimi qeyd edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden Merilend ştatının Annapolis şəhərindəki Hərbi Dəniz Akademiyasının məzuniyyət mərasimində ABŞ-ın qlobal təhlükəsizlik üçün müttəfiqlərlə əməkdaşlığın vacibliyindən danışıb.

Bayden bu əməkdaşlığa misal olaraq, Ukraynadakı hərbi əməliyyatlarına görə, Rusiyaya qarşı sanksiyaların tətbiqində ABŞ-ın yanında olan ölkələrə işarə edib.

ABŞ prezidenti daha sonra bir sual ünvanlayıb və Cənubi Koreyanı nəzərdə tutduğu bir halda Şimali Koreyanın adını çəkib. Bayden deyib: "Mən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıranda kimsə NATO ölkələri, Avstraliya, Yaponiya, Şimali Koreya və bəzi ASEAN ölkələrinin bu sanksiyaları dəstəkləyəcəyini düşünürdümü"?