İyun 01, 2022 10:49 Asia/Baku
  • Bayden Ukraynaya uzaq məsafəni vuran raketlər göndərir

Bayden administrasiyası Ukraynaya 64 km- dən uzaq məsafədə hədəfləri məhv edən yüksək dəqiqli raket sistemlərini göndərmək barədə qərar qəbul edib. Bu barədə mayın 31- də "The Wall Street Journal" nəşri məlumat yayıb.

"The Wall Street Journal" nəşri ABŞ- ın planları haqqında yeni təfsilatları açıqlayan adları gizli saxlanılan Amerika məmurlarına istinad edib.

Böyük ehtimalla söhbət Donbasda vəziyyəti dəyişə biləcəyi güman edilən yaylım atəşli reaktiv sistemlərdən (YARS)  gedir. Onların yaylım atəşinin məsafəsi Amerika tərəfindən verilən M777 haubitsalarına nisbətən iki dəfə çoxdur.

Dünən, mayın 30- da, ABŞ prezidenti Co Bayden bəyan edib ki, ABŞ "Rusiya ərazisinə çata biləcək raket sistemlərini Ukraynaya göndərməyəcək".

Amerika nəşrinin məlumatı və Baydenin bəyanatlarını biri-birinin kənarına qoyduqda belə nəzərə gəlir ki, ABŞ Ukraynaya YARS sistemlərini yaylım atəşlər üçün reaktiv döyüş sursatları ilə birgə verəcək.

ABŞ başda olmaqla NATO-nun digər üzvləri son 3 ay ərzində Ukraynaya milyardlarla dollar dəyərində müasir silahlar və hərbi texnika vermişlər. Bir çox ekspertlərə görə qərb Ukrayna müharibəsinin bitməsini istəmir və Ukraynanın  məhv olunması bahasına Rusiyanı zəiflətməyi planlaşdırır.

 

Teqlər