Rusiya nüvə təlimi keçirdi
https://azeri.sahartv.ir/news/dünya-i389702-rusiya_nüvə_təlimi_keçirdi
Xəbər mənbələri Rusiya nüvə qüvvələrinin paytaxt Moskvanın şimal-şərqindəki bir bölgədə təlim keçdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2022 14:21 Asia/Baku
  • Rusiya nüvə təlimi keçirdi

Xəbər mənbələri Rusiya nüvə qüvvələrinin paytaxt Moskvanın şimal-şərqindəki bir bölgədə təlim keçdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi bu ölkənin nüvə qüvvələrinin İvanovo şəhərində təlimlər keçirdiyini bildirib.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi həmçinin 1000-ə yaxın hərbçinin "Yars" qitələrarası ballistik raket buraxılış qurğuları da daxil olmaqla 100-dən çox texnikadan istifadə etməklə təlimlər keçdiyini açıqlayıb.

Nüvə təlimi Moskva ilə Qərb arasında Ukrayna ilə bağlı gərginliyin artdığı bir vaxta təsadüf edir. Ukrayna müharibəsinin başlamasından sonra ABŞ və bəzi Avropa ölkələri Rusiyaya güclü təzyiq göstərməklə yanaşı, Ukraynaya silah, maliyyə və kəşfiyyat yardımı göstərdilər.