Ukrayna: ABŞ silahları ilə Rusiyaya hücum etmək niyyətində deyilik
https://azeri.sahartv.ir/news/dünya-i389703-ukrayna_abŞ_silahları_ilə_rusiyaya_hücum_etmək_niyyətində_deyilik
Ukrayna prezidenti ABŞ-ın bu ölkəni orta mənzilli silahlarla təchiz etməsini xahiş edərək, deyib ki, Kiyev Rusiya ərazisinə hücum etmək niyyətində deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2022 15:18 Asia/Baku
  • Ukrayna: ABŞ silahları ilə Rusiyaya hücum etmək niyyətində deyilik

Ukrayna prezidenti ABŞ-ın bu ölkəni orta mənzilli silahlarla təchiz etməsini xahiş edərək, deyib ki, Kiyev Rusiya ərazisinə hücum etmək niyyətində deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti Volodimir Zelenski dünən axşam ABŞ-ın "Newsmax" telekanalına bildirib ki, Ukrayna ABŞ-dan almağı gözlədiyi qabaqcıl raket sistemlərindən Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyəcək.

Ukrayna prezidenti eyni zamanda ABŞ-dan 100 kilometrdən çox effektiv atəş məsafəsi olan sistemləri Ukraynaya verməsini istəyib.