İyun 02, 2022 12:58 Asia/Baku
  • Pakistanın nüvə tərkisilahı təhlükəsi haqda xəbərdarlıq

Pakistanın sabiq baş naziri bu ölkənin iflasa uğraması və nüvə tərkisilahı təhlükəsi haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Pakistanın kənarlaşdırılmış baş naziri İmran xan üstüörtülü surətdə ölkəsinin güclü hərbi təşkilatına xitabən, onun, «çətin siyasi vəziyyət» adlandırdığı məsələ ilə bağlı xəbərdarlıq edib və deyib: Bu vəziyyət Pakistanı iqtisadi müflisliyik səmtinə sövq etdirəcək və bu ölkənin nüvə gücünün itirilməsi ilə nəticələnəcək.

Pakistanın hazırkı hökumətinə qarşı çıxan və növbədənkənar seçkilərin keçirilməsini tələb edən İmran xan ordunun, onun «xarici müdaxilə ilə tətbiq edilmiş hökumət» adlandırdığı məsələyə qarşı rol oynamasını istəyib və əlavə edib: Pakistanın iflasa uğraması, bu ölkənin, başda ordunun durduğu qüdrətli təşkilatlarının məhv olması demək olacaq və Pakistanın nüvə tərkisilahına start veriləcək.

Teqlər