İran və Hindistan xarici işlər nazirləri fikir mübadiləsi aparıblar
İran və Hindistanın xarici işlər nazirləri iki ölkə əməkdaşlıqları, həmçinin tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Yeni Dehlidə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan bu gün Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə görüşüb.
Görüşdə İran İslam Respublikası ilə Hindistan arasında məhkəmə yardımı haqda razılaşma imzalanıb.
Əmir-Abdullahiyan həmçinin bir məktubda İran İslam Respublikasının BRİKS-ə üzvlüyü üçün Hindistanın dəstək verməsini istəyib.
BRİKS(BRICS), iqtisadi cəhətdən sürətlə inkişaf edən beş ölkədən ibarət bir qrupdur. Qrupun adı, onu təşkil edən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ölkələrinin ingiliscə adlarının baş hərflərindən götürülüb.