İyun 19, 2022 11:20 Asia/Baku
  • BMT
    BMT

BMT-nin qaçqınların məsələləri üzrə baş komissarlığının sədri Filippo Qrandi deyib: Ötən on ildə elə bir il olmayıbdır ki, qaçqınların sayı artmamış olsun. İndi ya beynəlxalq ictimaiyyət bu insani fəlakət məsələsinə baxmaq istiqamətində ixtilafları həll etmək və dayanıqlı həll yollarını tapmaq üçün birlikdə tədbir tökəcək, ya da ki, bu dəhşətli proses davam edəcəkdir.

SəhərAzəri-nin məlumatına əsasən, Dünyada qaçqınların sayı nə qədərdir?

Qrandi dünyadakı didərginlərin sayı barədə deyib: Bu gün dünyada hər 78 nəfərdən biri didərgindir və bu, on il əvvəl az adamın gözlədiyi dramatik bir dönüş nöqtəsidir.

Mühacirlər Agentliyinin illik hesabatlarına görə, 2021-ci ilin sonunadək dünyada didərginlərin sayı təxminən doxsan milyon nəfər olubdur ki, bu da ondan qabaqkı illə müqayisədə, səkkiz faiz və on il ondan əvvəl ilə müqayisədə isə, iki dəfə çoxdur.

Agentlik aprel-may ayında, yəni Rusiyanın Ukraynaya hücumundan on həftə sonra bildirdi ki, didərginlərin sayı tarixi bir rekorda - yüz milyon nəfərə çatıbdır.

Qida təhlükəsizliyi digər böhranları sürətləndirəcək amil olacaq.

BMT-nin qaçqınların məsələləri üzrə baş komissarı cümə axşamı- iyunun 16-da Cenevrədə keçirilən bir mətbuat konfransında “Görən, dünyadakı hazırkı qida təhlükəsizliyi böhranı daha çox insanın didərgin düşməsinə səbəb olacaq?" sualının cavabında dedi: Bundan artıq görüntü ola bilməz. Məncə, əgər müharibə, insan hüquqlarının pozulması, iqlim dəyişikliyi və ya hər nə düşünürsünüzsə, onların üstünə ərzaq təhlükəsizliyi problemini də əlavə etsəniz, o zaman hər şeyin necə sürətlənəcəyini görəcəksiniz.

BMT-nin mühacirlər agentliyi Dünya Bankının məlumatlarına istinadən bildiribdir ki, ümumilikdə 850 milyon əhalisi olan 23 ölkə “orta və ya şiddətli toqquşma və münaqişələrlə” üzləşibdir.

2021-ci ildə didərgin düşmüş doxsan milyon insanın 27 milyon nəfəri sığınacaq axtarır. Bu miqdarın əlli üç milyon nəfəri isə öz ölkəsinin sərhədləri daxilində didərgin düşübdür. Təxminən beş milyon nəfər sığınacaq üçün müraciət edib, təxminən dörd milyon beş yüz min nəfər isə Venesuelanı tərk edib və hələ də naməlum durumdadır.

 

Teqlər