İyun 19, 2022 13:27 Asia/Baku
  • Avropa ölkələri
    Avropa ölkələri

"Rosneft" şirkətinin rəhbəri bildirib ki, Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə, enerji ilə intihar etməkdədirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinin başlanması ilə son bir neçə ay ərzində Rusiyaya təzyiq göstərmək üçün müxtəlif sanksiya paketlərini qəbul edib, icraya qoyublar. Amma bu sanksiyalar hazırda, Rusiyanın enerji mənbələrindən son dərəcə asılı olan Avropa ölkələri üçün şəraiti sərtləşdiribdir. Hazırda Avropada yanacağın qiyməti kəskin şəkildə artıb. Nəticədə bir çox mallar və xidmətlərin qiymətləri də artıbdır. Belə ki, bir çox Avropa ölkəsi inflyasiyanın artması və iqtisadi inkişafın azalması ilə üzləşir.

"Rosneft" şirkətinin rəhbəri İqor Seçin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda bildiribdir ki, Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə, öz ayaqlarına atəş açmaqdadırlar.

Rusiya prezidenti Vladimir Putin də bu forumdakı çıxışında Avropa Birliyinin anti-Rusiya sanksiyalarını tənqid edib və onları dəlicəsinə və ağılsız hərəkətlər adlandırıb.

Putin "sanksiya qızdırması"nın xərclərini təkcə cari ildə təxminən 400 milyard dollar elan və qeyd edib ki, Avropa Birliyinin siyasətçiləri öz ölkələrinin iqtisadiyyatlarına ciddi zərbələr vurublar; bu da yüksək inflyasiyaya səbəb olubdur.

Avropa Birliyi son zamanlar Rusiyadan xam neftin alınmasına qadağanın qoyulması barədə razılığa gəldilər, amma bu razılaşma tam şəkildə olmayıb, üç ölkə üçün güzəştlər nəzərdə tutubdur.

 

Teqlər