İyun 22, 2022 12:07 Asia/Baku
  • Vasili Nebenzya
    Vasili Nebenzya

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Moskvanın/ Ukrayna taxılının ixracı istiqamətində gəmilərin təhlükəsiz hərəkəti üzrə zəmanətindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Vasili Nebenzya deyib: Biz mümkün olan ən yüksək səviyyədə zəmanətlər vermişik və hazırda qərara gəlmək, ukraynalıların üzərinə düşür. Onlar sahil sularını minalayıblar və bu minaları təmizləməlidirlər.

Nebenzya əlavə edib: Rusiya prezidenti Vladimir Putin vurğualyıbdır ki, Ukraynanın taxıl ixracından hərbi məqsədlər üçün istifadə etməyəcək.

Bu istiqamətdə, Ukraynanın uzun müddət bazardan uzaq qalacağını proqnoz edən bu ölkənin kənd təsərrüfatı naziri Nikolay Solskiy Röyters informasiya agentliyinə belə söyləyib: Hazırda biz «eyni zamanda üç buğda yığımı»ndan danışırıq. Ötən ilin məhsulunu yığa bilmərik, hazırkı məhsulu yığa bilmərik, xüsusən gələn ilin məhsulunu əkmək istəmirik.

Solskiy vurğulayıb: Fermerlər cari ilin yazında qarğıdalı əkinindən günəbaxan əkininə keçdilər, zira bir hektarda olan yağlı dənələr az çəkiyə, amma daha çox satışa malikdirlər. Bu dəyişiklik buğda barədə də baş verə bilər.

 

Teqlər