İyun 24, 2022 20:24 Asia/Baku
  • Şirin Əb-Aqiləni
    Şirin Əb-Aqiləni

BMT cümə günü fələstinli müxbir və jurnalist Şirin Əb-Aqilənin sionist rejim hərbçilərinin atəşlərilə şəhid olduğunu təsdiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri mayın on birində qərb sahilinin şimalında yerləşən Cenin rayonuna qarşı hücumda jurnalist geyiminə malik olmasına rəğmən, Əlcəzirə telekanalının fələstinli müxbiri Şirin Əb-Aqiləni şəhid etdi və bu telekanalın prodüseri Əli Əlsəmudini yaraladılar.

BMT-nin insan hüquqları üzrə baş komissarlığı bir məlumatda bildiribdir ki, Əbu-Aqilə sionist hərbçilərin qərb sahilində yerləşən Cenin düşərgəsinə hücumunu xəbər cəhətdən işıqlandırarkən sionist hərbçilərin atəşləri nəticəsində öldürülübdür.

Bundan qabaq Vaşinqton Post və Nyu-York Tayms qəzetləri və CNN telekanalı da daxil olmaqla amerikan media və nəşrlər müəyyən sənədləri ifşa etməklə İsrail rejimini Əbu-Aqilənin öldürülməsinin amili və məsulu kimi təqdim edib, bildirmişdilər ki, bu fələstinli-amerikan müxbir sionist həbrçilərin atəşlərilə şəhid olubdur.

İbridilli «Yediot Aharanot» qəzeti də bu gün bildiribdir ki, BMT-nin insan hüquqları şurası Şirin Əb-Aqilənin qətlində İsrail rejiminin məsuliyyəti mehvərli təhqiqatı yayacaq.

 

Teqlər