Avropalı rəsmi Qərbin ikili yanaşmasını tənqid edib
Avropa Parlamentinin irlandiyalı nümayəndəsi deyib ki, Amerika və Avropa Birliyi Ukraynaya silah axıdarkən pulludurlar, Əfqanıstanın ac xalqına yardıma gələndə isə pulsuzdurlar!
SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın durumunun tənqid edilməsi fonunda qeyd edək ki, Talibanın hakimiyyətə gəlməsi bu ölkədə maliyyə məhdudiyyətinin tətbiq edilməsi və xarici yardımların kəsilməsinə gətirib çıxarıb və Əfqanıstanın xarici himayələrdən asılı olan iqtisadiyyatını tam dağılma ilə üzləşdiribdir.
Avropa Parlamentinin irlandiyalı nümayəndəsi Mayk Uolles bu parlamentin Əfqanıstan məsələsinə həsr olunmuş yığıncağında həmin ölkə xalqının qida yardımlarına təcili ehtiyacı haqda xəbərdarlıq edib.
Avropa Parlamentinin bu nümayəndəsi parlamentin yığıncağındakı çıxışının davamında Amerika və Avropa Birliyi ölkələrinin Əfqanıstan qarşısındakı mövqelərini pisləyib.
Uolles Amerika və NATO-nu Əfqanıstanın son 20 il ərzində məhv olmasının amili adlandırıb.
Avropa Parlamentinin bu irlandiyalı qanunvericisi deyib: Amerikalılar Əfqanıstanı məhv etmək üçün gündə 300 milyon dollar xərcləyiblər; indi də biz onlara aclıq çəkdiririk. Xalqdan milyonlarla nəfərə qida verməyə çalışan Ümumdünya Ərzaq Proqramı yalnız pulun üçdə bir hissəsini əldə edə bilibdir. Amma nə Avropa Birliyi, nə də ki, amerikalılar Əfqanısatan xalqının və Ümumdünya Ərzaq Proqramının ehtiyac duyduqları miqdarda pul verməyə hazır deyillər.
Mayk Uolles əlavə edib: Biz- Avropa Birliyi və Amerika Ukraynaya doğru silah axıtmaq üçün yer planetindəki bütün pulları tapa bilir, əfqanıstanlılara isə qida və ərzaq verə bilmirik. Son 20 il ərzində bu insanların həyatlarını məhv etmişik.
Əfqanıstanın durumu barədə xəbərdarlığın edilməsi fonunda qeyd edək ki, Talibanın hakimiyyətə gəlməsi bu ölkədə maliyyə məhdudiyyətinin tətbiq edilməsi və xarici yardımların kəsilməsinə gətirib çıxarıb və Əfqanıstanın xarici himayələrdən asılı olan iqtisadiyyatını tam dağılma ilə üzləşdiribdir.