İyun 26, 2022 13:16 Asia/Baku
  • Ukrayna paytaxtı yenidən atəş altında qalıb

Rusiya ordusunun Ukraynanın Kiyev şəhərinə endirdiyi raket zərbələri nəticəsində bir çox dinc sakin xəsarət alıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün Ukraynanın Kiyev şəhəri növbəti dəfə raket atəşinə məruz qalıb. Şəhərin mərkəzi rayonu ərazisinə səhər saatlarında raket zərbələri endirilib.

Hadisə yerinə gələn Kiyev şəhər meri Vitaliy Kliçko jurnalistlərə bildirib ki, ilkin məlumata görə 2 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

"Dağıntılar altında qalanlar var. Xilasetmə işləri davam edir. Raket zərbələridir. Amma neçə raket düşməsi barədə hələ dəqiqləşdirmələr davam edir", - deyə mer deyib. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri aprelin əvvəlində Kiyev ətrafından çıxarıldıqdan sonra şəhərdə nisbi sakitlik olub. 

Teqlər