İyun 27, 2022 12:02 Asia/Baku
  • BMT
    BMT

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərindəki BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Maha Kaşur İranın qaçqınlar məsələsində göstərdiyi müsbət səylərini yüksək qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Maha Kaşur bazar günü Məşhəddə Ümumdünya Qaçqınlar Günü münasibətilə əfqan qaçqın və sığınacaq axtaranların nailiyyətlərini nümayiş etdirən sərgiyə baş çəkərkən, qeyd edib ki, İran İslam Respublikasının son 40 il ərzində qaçqınlar məsələsində səy və fəaliyyətləri təqdirə layiqdir və bu, xüsusən də son bir ildə və Əfqanıstanda xüsusi şəraitin yaradılmasından sonra pik həddinə çatıb.

Tədbirdə Rəzəvi Xorasan vilayətinin Xarici Mühacirlər İdarəsinin baş direktorunun müavini Hüseyn Əhmədi də deyib ki, beynəlxalq razılaşmalara əsasən, İran əfqan qaçqınların təşkilatlarının fəaliyyətinə mane ola bilər, lakin İran İslam Respublikası hökuməti nəinki bu məsələyə qarşı çıxmır, hətta onların şəraitini yaxşılaşdırmaq üçün bu müəssisələrin yaradılmasına şərait yaradır.

Teqlər