Zaxarova Qərbin Ukraynada münaqişəni davam etdirmək səylərini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i390557-zaxarova_qərbin_ukraynada_münaqişəni_davam_etdirmək_səylərini_tənqid_edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qərb Ukraynada münaqişənin mümkün qədər uzun müddət davam etməsi üçün əlindən gələni edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2022 07:40 Asia/Baku
  • Zaxarova
    Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qərb Ukraynada münaqişənin mümkün qədər uzun müddət davam etməsi üçün əlindən gələni edir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynada davam edən münaqişə ilə bağlı mövqeyini tənqid edərək, deyib: "Onlar Ukraynadan bir alət kimi istifadə edirlər və bütün logistika münaqişəni alovlandıran hər şeyə yönəlib". 

Zaxarova əlavə edib: "Biz ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşun dediklərini xatırlayırıq, hansı ki, demişdi Ukraynanın missiyası mümkün qədər çox rusu öldürməkdir".

Bu arada Kanada NATO-nun şərq cinahını gücləndirmək üçün bazar günü Baltik dənizi və Şimali Atlantikada iki döyüş gəmisi yerləşdirib.

Kanada Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, 2014-cü ildə Moskvanın Krımı Rusiyaya ilhaq etməsindən sonra başladılan "Mərkəzi və Şərqi Avropada çəkindirmə tədbirləri"nin bir hissəsi olaraq, Kanadanın hərbi gəmiləri dörd ay müddətinə bu sularda yerləşəcəklər.