İyun 28, 2022 10:48 Asia/Baku
  • Texasda azı 46 mühacirin cəsədi tapılıb

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində bir yük maşınında azı qırx altı mühacirin cəsədi aşkar edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ştat və yerli rəsmilər bildiriblər ki, San-Antonio şəhərinin ətrafında buraxılmış bir yük maşınında indiyədək/ Meksika sərhədindən Amerika ərazisinə keçən miqrant olduğu güman edilən azı qırx altı nəfərin cəsədini tapıblar.

İqlim böhranı, zorakılıq, korrupsiya və yoxsulluq kimi problemlər Mərkəzi Amerikada ailə mühacirətləri fenomeninin artmasına səbəb olubdur.

 

Teqlər