İyun 29, 2022 11:51 Asia/Baku
  • Antonov: ABŞ-ın özü sanksiyalardan əziyyət çəkir

Rusiyanın Vaşinqtondakı səfiri ABŞ və müttəfiqlərinin Rusiya ilə iqtisadi əlaqələrini kəsməsinin qlobal iqtisadiyyatdakı böhranı son həddə çatdırdığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, səfir Anatoli Antonov bildirib ki, Amerika hakimiyyətinin hərəkətləri xaos və çaxnaşmaya səbəb olur. Dünyada işgüzar fəallığın azalması, nəqliyyat, logistika zəncirlərinin dağıdılması, biznesin və əhalinin real gəlirlərinin azalması müşahidə olunur.

Antonov ABŞ-ın özünün Rusiya əleyhinə qadağalardan əziyyət çəkdiyinə diqqət çəkib və deyib ki, ölkədə istehlak qiymətlərinin artımı son 40 ildə antirekordu yeniləyib. Vaşinqtonun tərəfdaşları isə getdikcə başqa valyutada hesablaşmalara keçid variantlarını araşdırırlar.

O, həmçinin, qeyd edib ki, "Rusiyaya qarşı məhdudiyyətlər dalğası qlobal ərzaq təhlükəsizliyi böhranına təkan verib. Vəziyyətdən çıxış yolu isə yalnız taxıl və gübrələrin, o cümlədən Rusiya istehsalının dünya bazarlarına sərbəst çıxışını təmin etməklə mümkündür," – deyə Antonov sözünü yekunlaşdırıb.

Teqlər