İyul 02, 2022 10:47 Asia/Baku
  • Amerikalıların 70 faizdən çoxu Baydenin yenidən namizədliyinə qarşıdır

Yeni rəy sorğunun nəticələrinə görə, amerikalıların 70 faizdən çoxu Co Baydenin 2024-cü il prezident seçkilərində namizədliyinin əleyhinədir.

SəhərAzəri-nin məlumatına əsasən, Harvard Universiteti və Harris İnstitutunun apardığı yeni rəy sorğusunun nəticələri göstərir ki, sorğuya qatılan respondentlərin 71 faizi Baydenin ikinci müddətə namizədliyini irəli sürməyəcəyini düşünürsə, onun namizədliyini irəli sürməsinin əleyhinədir,  29 faizi isə bununla razıdır. 

Sorğuya əsasən, hər 10 amerikalıdan yeddisi Baydenin 2024-cü il prezident seçkilərində namizədliyinin əleyhinədir.

Baydenin yenidən namizədliyinə qarşı olanların arasında 45 faiz bunun Baydenin pis prezident olması ilə bağlı olduğunu bildirib. Respondentlərin təxminən üçdə biri isə onun çox qoca olduğunu söyləyib, təxminən dörddə biri isə artıq dəyişiklik vaxtının gəldiyini qeyd edib. 

Digər tərəfdən respondentlərin 61 faizi keçmiş prezident Tramp 2024-cü ildə prezident seçkilərinə namizəd olmamalı, 39 faizi isə keçmiş prezidentin yenidən namizədliyini irəli sürməli olduğunu bildirib.

Trampın prezident seçkilərində yenidən namizədliyinə qarşı olanların 36 faizi Trampın məntiqsiz olduğunu, 33 faizi onun ölkədə təfriqə yaradacağını, 30 faizi isə 6 yanvar 2021-ci ildə iğtişaşının baş verməsinə görə məsuliyyət daşıdığını bildirib.

Bayden qarşıdan gələn ABŞ prezident seçkilərində yenidən namizəd olacağını dəfələrlə elan etsə də, daha çox demokrat onun yenidən iştirak etməsini şübhə altına alır.

Tramp da 2024-cü il seçkilərində iştirak edəcəyini dəfələrlə qeyd edib, lakin o, hələ yeni seçki kampaniyasına başlamayıb və bir sıra respublikaçılar onun yenidən seçkilərdə iştirakına şübhə ilə yanaşıblar.

Teqlər