İyul 02, 2022 12:28 Asia/Baku
  • ABŞ Ukraynaya 820 milyon dollarlıq silah paketini açıqlayıb

Cümə günü Pentaqon Ukrayna üçün növbəti, 820 milyon dollarlıq silah paketini açıqlayıb. Paketə bir neçə ədəd daha təkmil RƏM sistemi də daxildir.

SəhərAzəri-nin məlumatına əsasən, 770 milyon ABŞ dolları dəyərində yardım Pentaqona istehsalçılardan silah almaq imkanı verən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim ediləcək. Qalan 50 milyon dollar ABŞ ordusunun ehtiyatında olan silahlara xərclənəcək, deyə Pentaqonun nümayəndəsi Todd Bresseyl bildirib.

Təkcə keçən həftə ABŞ Ukraynaya 450 milyon dollar dəyərində silah, o cümlədən dörd raket komleksi (HİMARS) və patrul qayıqları göndərib.

Ukrayna müharibəsinin başlanmasından indiyədək ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği 6,9 milyard dollara çatıb.

Ekspertlərə görə, ABŞ Ukrayna müharibəsini qızışdırmaqda maraqlıdır və bir tərəfdən Rusiyanı zəiflətmək, digər tərəfdən Rusiya ilə Avropa arasında enerji əməkdaşlıqlarını əngəlləmək məqsədini güdür.

Teqlər