Özbəkistan prezidenti etirazların baş verdiyi muxtar respublikaya gedib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşlar baş verən Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusa gedib.
SəhərAzəri-nin Özbəkistan yerli mediyalarına istinadən verdiyi məlumata görə, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub.
Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.
Parlamentin müzakirəsinə çıxarılacaq layihədə konstitusiyanın 64 maddəsinə 200-dən artıq dəyişiklik təklif olunur. Yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir.
Qaraqalpaqlar bu maddənin Konstitusiyadan çıxarılmasına etiraz məqsədilə iyulun 1-də geniş etiraz aksiyası keçiriblər.