İyul 04, 2022 11:47 Asia/Baku
  • Cozep Borrell
    Cozep Borrell

Avropa İttifaqının xarici siyasət rəhbəri Rusiyaya təzyiqlərin davam etdiriləcəyini və bu ilin sonuna kimi Rusiyadan neft idxalının 90 faiz azalacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib: "2022-ci ilin sonuna kimi biz Rusiyadan neft idxalını 90 faiz azaldacağıq, qaz idxalını isə sürətlə azaldırıq".

O əlavə edib: "Bu qərarlar Avropanı tədricən Rusiya enerjisindən asılılıqdan azad edəcək".

Borrellin sözlərinə görə, bu birlik Rusiyaya qarşı 6 sanksiya paketini təsdiqləyib və Rusiyada 1200-ə yaxın insanı və 98 qurumu, eləcə də ölkə iqtisadiyyatının əhəmiyyətli sayda sektorunu hədəf alıb.

O deyib: Bu sanksiyalar "Yeddilik Qrupu" üzvlərinin koordinasiyası ilə təsdiq edilib.

Teqlər