Türkiyənin Rusiya yük gəmisini saxladığı deyilir
https://azeri.sahartv.ir/news/dünya-i390806-türkiyənin_rusiya_yük_gəmisini_saxladığı_deyilir
Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2022 08:01 Asia/Baku
  • Türkiyənin Rusiya yük gəmisini saxladığı deyilir

Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.

SəhərAzəri-nin “qafqazinfo”ya istinadən verdiyi məlumata görə,bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.

 “Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.

Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.