ABŞ polisi miqrantlarla təhqiramiz davranır
https://azeri.sahartv.ir/news/dünya-i390951-abŞ_polisi_miqrantlarla_təhqiramiz_davranır
Aparılan araşdırmalara əsasən, Amerika sərhədçiləri miqrantlarla təhqiramiz və qeyri-peşəkar davranırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2022 08:41 Asia/Baku
  • ABŞ polisi miqrantlarla təhqiramiz davranır

Aparılan araşdırmalara əsasən, Amerika sərhədçiləri miqrantlarla təhqiramiz və qeyri-peşəkar davranırlar.

SəhərAzəri-nin məlumatına əsasən, nəticəsi cümə günü dərc edilən rəsmi araşdırmaya görə, ABŞ-ın sərhəd polisi Texas ştatında, Meksika sərhədi yaxınlığında, əksəriyyəti Haiti vətəndaşı olan və 2021-ci ilin sentyabrında Amerikaya girməyə çalışan minlərlə miqrantla qeyri-peşəkar və təhqiredici bir şəkildə davranıb. 

Bu elə bir haldadır ki,  Amerika polisinin Haitili mühacirlərə qarşı təhqiramiz davranışı ABŞ daxilində və bu ölkədən kənarda böyük səs-küy yaradıb. 

Beynəlxalq Miqrasiya Təşkilatının bu yaxınlarda açıqladığı araşdırmaya görə, Meksika ilə ABŞ arasındakı sərhəd keçidi dünyanın ən təhlükəli quru keçididir.

Bu araşdırma, ABŞ-ın Texas ştatında tərk edilmiş bir yük maşınının qapalı hissəsində 53 miqrantın cəsədinin tapılmasından cəmi bir həftə sonra dərc edilib. 

Cari ilin əvvəlindən bəri Meksikadan ABŞ-a keçmək istəyən ən azı 493 miqrant həyatını itirib ki, bu da ABŞ-da miqrant ölümlərinin artan tendensiyasını vurğulayır.