İyul 10, 2022 17:27 Asia/Baku
  • Rus hakerlər
    Rus hakerlər

ABŞ konqresinin vebsaytına əlçatanlıq yerli vaxtla cümə axşamı günü gecə saat doqquz radələrində qısa müddət problemlə üzləşib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusca danışan və «Killnet» adlanan bir haker qrupu öz teleqram kanalında bu kiberhücumun məsuliyyətini üzərinə götürüb.

Ağ Ev Rusiyanın Ukraynaya hücumunun əvvəlində Rusiya ordusunun kəşfiyyat bölməsinin Ukraynanın dövlət vebsaytlarına qarşı kiberhücumlarda məsuliyyət daşıdığını bildirdi. Ukrayna müharibəsi Rusiya və Ukraynanı himayə edən hakerlərin bu iki ölkənin infrastrukturlarını hədəfə almalarına bais olubdur.

CNN-ə istinadən, vebsaytın idarə olunması məsuliyyətini də daşıyan konqres kitabxanasının rabitə şöbəsi müdirinin sözlərinə görə, bu saytın fəaliyyəti gecə saat on birdən sonra adi vəziyyətə qayıdıb. O, deyibdir ki, bu hücumda kitabxana şəbəkəsi hədəfə alınmayıb və heç bir informasiya itməyibdir.

 

Teqlər