İyul 10, 2022 17:33 Asia/Baku
  • Bayden
    Bayden

ABŞ prezidenti Co Bayden Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna müharibəsində Rusiya prezidenti Vladimir Putinə qarşı rolunu etiraf edib və bu casusluq təşkilatını alqışlayıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna müharibəsindən öncə Putin dəfələrlə ABŞ-ın və digər Qərb güclərini Moskvanı Ukrayna ilə savaşa çəkmək üçün qəsdən şərait yaratmaqda ittiham etmişdi.

Co Bayden Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil edilməsinin 75-ci ildönümü münasibətilə şənbə günü bu təşkilatın qərargahına gəlib, Rusiya prezidenti Vladimir Putinin planlarının MKİ tərəfindən ifşa edildiyini iddia etdi.

O, dedi ki, Putinin planları barədə MKİ tərəfindən toplanmış məlumatlar Amerikaya müharibə haqda başqa ölkələrə xəbərdarlıq etmək icazəsi verdi.

O, iddia edib: Bizim kəşfiyyat mütəxəssislərimizin işlərinə əsasən, Amerika Putinin Ukraynadakı proqramı barədə öncədən dünyaya xəbərdarlıq edə bildi.

 

Teqlər