Bayden: Mən İsraildən Ciddəyə gedəcək ilk ABŞ prezidenti olacağam!
Co Bayden «Vaşinqton Post» qəzetindəki “Səudiyyə Ərəbistanına səfərimin səbəbi” sərlövhəli məqalədə bölgəyə, xüsusən də Səudiyyə Ərəbistanına səfərinin məqsədlərini, həmçinin öz administrasiyasının Fələstin-İsrail münaqişəsi və Yəmən müharibəsi məsələlərindəki uğurlarını sadalayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bayden deyib ki, onun, həyati bir zaman kəsiyində Yaxın Şərqə səfəri, regiondan ötrü həyata keçirilir və bu, Amerikanın mənafeyinin yüksəlməsinə də kömək edəcək.
ABŞ prezidenti əlavə edib ki, baxış keçirəcəyi Yaxın Şərq, onun hökumətinin il yarım bundan əvvəl irs götürdüyü vəziyyətə nisbətən daha çox sabitlik əldə edibdir.
Bayden əlavə edib: Daha təhlükəsiz və vahid Yaxın Şərq, bir çox cəhətdən amerikalıların xeyrinədir və o, əyani görüşlər yolu ilə/ müxtəlif üsullarla qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün intensiv diplomatiya həyata keçirəcək.
Bayden yazıb: Diplomatiya və əməkdaşlıq yolu ilə birləşə biləcək regionun Amerikanı təhdid edən zorakı ekstremizm tələsinə düşməsi, yaxud da region ölkələrinin çiyinlərinə yeni yüklər qoya biləcək müharibələrin başlanması mümkünsüzdür.
Bayden bildirib ki, Yaxın Şərqin su yolları beynəlxalq ticarət üçün zəruridir və onların enerji ehtiyatları Rusiyanın Ukraynadakı müharibəsinin beynəlxalq resurslara təsirini azaltmaq üçün həyati əhəmiyyətlidir.
Amerika prezidenti yazıb ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində regional liderlərin görüşü, Yaxın Şərqdə daha çox sabitlik ehtimalının əlaməti olacaq.
Səudiyyə Ərəbistanı 80 il ərzində Birləşmiş Ştatların strateji tərəfdaşı olub və mənim məqsədim elə əvvəldən, bu ölkə ilə münasibətlərı kəsmək deyil, onun yolunu dəyişdirmək olubdur. Mən İsraildən Ciddəyə səfər edəcək ilk Amerika prezidenti olacağam.- deyəb Bayden bildirib.
O qeyd edib ki, qarşıdakı cümə günü səudiyyə liderləri ilə görüşündə məqsəd, amerikan dəyərlərin qorunması ilə yanaşı, maraqlara əsaslanan tərəfdaşlığa rəvac verilməsidir.
O, həmçinin yazıb ki, krallıq Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr arasında birliyin bərpasına kömək etdi və hazırda neft bazarlarının sabitliyinə kömək etmək üçün Amerika hökumətinin ekspertlərilə yanaşı, OPEK istehsalçıları ilə əməkdaşlıq edir.