Nobel sülh mükafatı laureatı qərbi müstəqil ölkəyə müdaxiləyə çağırıb
Polşanın sabiq prezidenti, “Nobel sülh mükafatı” laureatı Lex Valensa qərb dövlətlərini Rusiya da yaşayan xalqların üsyanını təşkil etməyə çağırıb və beləliklə aldığı mükafatın sülhsevərlərə deyil qərbsevərlərə verildiyini təsdiqləmiş olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu “Nobel sülh mükafatı” laureatı Fransanın LCI telekanalına verdiyi müsahibəsində "Rusiyanı azad etməyə", vaxtilə ələ keçirdiklərini geri qaytarmağa, beləliklə də Rusiyanın özündə 50 milyondan çox olmayan insanın qalmasına çağırış edərək Nobel Mükafatını elə belə almadığnı nümayiş etdirmiş olub.
Valensa xatırladıb ki, hazırda Rusiyada "indi ukraynalılar kimi istila edilən 60 xalq var".
Bununla əlaqədar olaraq o, Qərbə ya Rusiyada siyasi quruluşu dəyişməyi, ya da "bu xalqların üsyanını təşkil etməyi" təklif edir.
Beləliklə 78 yaşlı Polşa siyasətçisi ona “sülh” mükafatı verənlərə sadiq qalaraq ölkələrin daxili işlərinə qarışmağa, müstəqil bir ölkəyə xarici müdaxilələrin edilməsinə və qan tökülməsinə çağırıb.