İyul 11, 2022 21:22 Asia/Baku
  • "Roma"

İtaliyada "Roma" futbol klubunun azarkeşləri işğal olunmuş ərazilərdə yoldaşlıq matçının keçirilməsinə və bu rejimə qarşı etiraz aksiyası keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Rəy Əl-Youm" qəzetinin məlumatına görə, İtaliyanın "Roma" futbol komandasının azarkeşləri sionist rejim əleyhinə aksiya keçirərək və pankartlar asmaqla, iyulun 30-da işğal altında olan Hayfa şəhərində komandalarının İngiltərənin "Tottenhem" komandası ilə yoldaşlıq oyunu keçirməsinə etiraz ediblər.

Roma futbol klubunun azarkeşləri həmçinin bir siyahıda sionist rejim tərəfindən güllələnərək, şəhid edilən bəzi fələstinli futbolçuların, o cümlədən 16 yaşlı Səid Oudəh, 19 yaşlı Məhəmməd Qənim, 18 yaşlı Saer Yazuri və 14 yaşlı Zeyd Qənimin adlarını qeyd ediblər və onların xatirəsini ehtiramla yad ediblər. 

İşğalçı sionist rejim öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edir və saxta iddialarla fələstinliləri həbs edib, əsir götürür və ya şəhid edir.

Hazırda 4 min 800-ə yaxın fələstinli məhbus sionist rejimin həbsxanalarında saxlanılır ki, onların arasında 170 uşaq, 39 qadın və onlarla qoca da var.

Teqlər