Putin Tehranla, İrandan pilotsuz təyyarələrin alınması haqda danışmayacaq
Kremlin mətbuat katibi Dmitri Peskov deyib: Rusiya prezidenti Vladimir Putin iyulun 19-da İrana səfəri zamanı Tehranla İrandan pilotsuz təyyarələrin alınması haqda danışmayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Peskov çərşənbə günü jurnalistlərin İrandan pilotsuz təyyarələrin alınması məsələsinin Putinin Tehrana səfəri zamanı müzakirə olunub-olunmacağı barədəki sualına cavabda deyib ki; xeyr.
Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivan Amerika prezidenti Co Baydenin Qərbi Asiya regionuna səfəri ərəfəsində yerli vaxtla bazar ertəsi günü axşam Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən iddia etdi ki, Amerikanın informasiyalarına əsasən, İran Ukraynada istifadə edilmək məqsədilə Rusiyaya PUA göndərməyə hazırlıq görməkdədir.
O, həmçinin iddia edib ki, Tehran bu pilotsuz təyyarələrlə işləmək üçün ruslara təlim keçməyə zəmin yaratmaqdadır.
Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi habelə iddia edib ki, İranın hal-hazırda bu PUA-ları Rusiyanın ixtiyarına qoyub-qoymadığı məlum deyildir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kerbi də yerli vaxtla çərşənbə axşamı günü CNN informasiya kanalı ilə müsahibədə Amerikanın İran PUA-larının Rusiyaya təqdim edilməsi və onun sanksiyaların aradan qaldırılması müzakirələrinə təsirinə dair yeni iddiası haqda deyib: Bilmirəm ki, İran tərəfindən Rusiyaya pilotsuz təyyarələrin təqdim olunmasının bizim İranla bir anlaşma sənədi imzalamaq üzrə səylərimizə mütləq şəkildə təsir göstərəcək, yoxsa yox, amma bu addım mütləq surətdə bizim Ukraynaya dəstəyimizə təsir göstərəcək.
Belə bir halda, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani müxbirlərin Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisinin modern İran texnologiyalarının Rusiyaya satışına dair sözləri haqdakı sualına cavabda söyləyib: İran İslam Respublikası ilə Rusiya Federasiyasının bəzi modern texnologiyalar sahəsindəki həmkarlıqları keçmişi Ukrayna müharibəsinin başlanmasından öncəyə qayıdır və son zaman kəsiyində bununla əlaqədar, heç bir xas dəyişiklik baş verməyibdir.
Nasir Kənani əlavə edib: İran İslam Respublikasının Ukrayna müharibəsinə dair mövqeyi tamamilə aydındır və dəfələrlə rəsmi surətdə elan olunubdur.