İyul 14, 2022 19:37 Asia/Baku
  • Con Bolton
    Con Bolton

Son zamanlar digər ölkələrdəki çevrilişlərdə oynadığı rolu etiraf edən ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri onu tənqid edənlərə cavab olaraq, onları qorxaq adlandırıb. Deyib ki, onlar Amerikanı qorumaq üçün nələrin edilməli olduğunu bilmirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Tramp hökumətində milli təhlükəsizlik müşaviri olmuş Con Bolton son zamanlar CNN informasiya kanalı ilə müsahibədə Donald Trampın 6 yanvar 2020-ci il tarixində dövlət çevrilişi ilə bağlı ona vurduğu ittihamı rədd edib və belə deyib: Öz ölkəmizdə deyil, digər nöqtələrdə çevrilişlərin işlənib hazırlanmasına kömək etmiş bir şəxs kimi deməliyəm ki, bu hərəkət çox iş aparır.

Bolton «Nyus Maks Media» xəbər saytı ilə müsahibədə bildirib: Məncə, Amerikanı qorumaq üçün nələr etməli olduğunuzu bilməyən çox sayda qorxaq adamlar mövcuddur.

Bolton iddia edib ki, çevriliş Amerika prezidentlərinin amerikalıları qorumaları üçün istifadə etməli olduqları bir metoddur.

Mən detallara keçmək istəmirəm- deyən ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri qeyd edib: Mən Venesuela barəsindəki xatirələrimdə yazmışam və bu fikirdəyəm ki, Amerika xalqının maraqlarını qorumaq üçün lazım olan hər bir işi görməyə hazır olmayan hər hansı prezidentin müşavirəyə ehtiyacı var.

 

Teqlər