İyul 15, 2022 13:18 Asia/Baku
  • Amerikanın maliyyə nazirliyi
    Amerikanın maliyyə nazirliyi

Amerikanın maliyyə nazirliyi bildirib ki, Rusiya ilə tibb avadanlıqları, dərman, yağ dənələri, ərzaq və kimyəvi gübrələrlə bağlı sövdələşmələrə icazə verib.

SəhərAzəri-nin məlumatına əsasən, Siyasi çəkişmələrin davam etməsilə bir zamanda, Amerikanın maliyyə nazirliyi bir bəyanatda Rusiyaya qarşı bəzi sanksiyların götürülməsilə əlaqədar olan halları bu cür elan edib: Pandemik COVID-19 xəstəliyinin diaqnozu və profilaktikası ilə bağlı klinik araşdırmalar, tibb avadanlıqları proqramlarının yenilənməsi, dərman və səhiyyə məmulatları, kənd təsərrüfatı təchizatları və ya əmtəə mallarının istehsalı, düzəldilməsi, satışı və köçürülməsi ilə bağlı bütün sövdələşmələr.

Amerika maliyyə nazirliyinin bəyanatının başqa bir hissəsində deyilir: Bu güzəşt xüsusi formada tibb avadanlıqları, dərmanlar, toxum, mədən və üzvi gübrələr, insan və heyvanlar üçün qida məhsullarına şamil olur.

Rusiyanın Vaşinqtondakı səfirliyi də Amerikanı beynəlxalq ərzaq və kənd təsərrüfatı sənayesi bazarlarını yenidən bölüşdürməyə və Rusiyanı bu bazarlardan çıxarmağa səy göstərməkdə ittiham edib.

 

Teqlər