İyul 21, 2022 10:27 Asia/Baku
  • Sergey Lavrov:

Rusiyanın XİN rəhbəri bəyan edib ki, bu ölkə qüvvələri Donetsk və Luqanskla yanaşı Ukraynanın Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərini ələ keçirməkdə israrlıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Servey Lavrov "Russia Today" telekanalı ilə müsahibədə Ukrayna coğrafiyasının dəyişməsi və Rusiyanın Ukraynanın zəbt edilməsi planları barədə deyib: “Qərb ölkələrindən yeni silah daxil olduqca, xüsusi əməliyyatın coğrafi vəzifələri hazırki təmas xəttindən uzaqlacaq.”

 “Ona görə ki, biz Ukraynanın Zelenskinin və ya onu əvəz edəcək birisinin nəzarət edəcəyi hissəsində bizim ərazimizə və öz müstəqilliklərini elan edən, öz gələcəyini müstəqil surətdə müəyyən etmək istəyən respublikaların ərazilərinə birbaşa təhlükə olan silahın olmasına imkan verə bilmərik”, - deyə Lavrov vurğulayıb.

O, deyib ki, Rusiya ordusu qoşunlarını Kiyevdən Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün "şərait yaradılması" naminə geri çəkib. Və bu şəraitin yaradılması üçün rus qoşunları Ukraynanın mərkəzi Kiyedən geri çəkilib.

Lavrorun son açıqlamasına Birləşmiş Ştatların cavabı özünü çox gecikdirməyib. 

Dövlət Departamentinin mətbuat katibi Ned Prays TURAN-ın sualına cavabda Prays deyib: "Rusiyanın hücumu dünyaya sübut etdi ki, bu, ərazi istilaları uğrunda müharibədir, bu, bizim ötən əsrin ortalarından bəri görmədiyimiz təcavüzdür." 

Teqlər