Hindistan Rusiya gəmisini azad edib
İyul 21, 2022 12:26 Asia/Baku
Hindistan iki gündən az bir müddətdə silah daşıyan Rusiya gəmisini buraxıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Yeni Dehlidəki səfirliyi çərşənbə axşamı günü gecə bu ölkəyə məxsus gəminin Koçin limanında Hindistan tərəfindən saxlanıldığını təsdiqlədi və gəminin azad olunmasını tələb etdi.
Rusiyanın Hindistanın "Çennai" şəhərindəki baş konsulu dünən, Rusiyaya məxsus yük gəmisinin bu ölkədəki bir məhkəmənin hökmü ilə buraxıldığını elan edib.
Rusiyanın Yeni Dehlidəki səfirliyi gəminin saxlanılmasından sonra Hindistan Xarici İşlər Nazirliyindən Rusiya gəmi sahibləri və ekipaj üzvlərinin hüquqlarına qeyd-şərtsiz riayət edilməsini tələb etmişdi.