İyul 22, 2022 16:32 Asia/Baku
  • yəhudi agentliyi
    yəhudi agentliyi

Rusiya ədliyyə nazirliyi “Yəhudi Agentliyi” təşkilatının Rusiyadakı şöbəsinin buraxılmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Qüdsdə yerləşən “Yəhudi Agentliyi” yəhudilərin işğal olunmuş Fələstin ərazilərinə mühacirətini təşviq edən qeyri-ticarət təşkilatıdır.

Rusiya ədliyyə nazirliyi bu tələbi bir həftədən az müddətdə- iyulun 15-də təqdim edib və onun nəzərdən keçirilməsi iyulun 28-ə planlaşdırılır. Rusiya rəsmilərinin bu tələbi nə üçün etdikləri barədə heç bir dəlil göstərilməyib.

Bundan qabaq, yəni aprel ayında Yair Lapid İsrail rejiminin xarici işlər naziri olarkən Rusiyanın Ukrayna ilə müharibəsini tənqid və Rusiyanı hərbi cinayətlərdə ittiham etmişdi. Dəfələrlə hərbi cinayətlər törətdiyini rədd edən Moskva mülkiləri hədəfə almadığını bildirir.

Sionist rejim başçıları Rusiya məhkəməsində “Yəhudi Agentliyi” üçün işin təşkil edilməsi ilə bağlı xəbərlərə reaksiyada deyiblər ki, rus yəhudilər “Ukrayna savaşının girovları” olmayacaqlar. Onlar bu təşkilata qarşı səyləri təəssüfləndirici və təhqiredici adlandırıblar.

 

Teqlər