İyul 23, 2022 10:46 Asia/Baku
  • Yunanıstanda geniş meşə yanğını; 2000 hektar meşəlik külə döndü

Yunanıstanın paytaxtı Afinanın şimal ətraflarında baş verən güclü yanğın 2000 hektardan çox meşəlik ərazini külə döndərib.

SəhərAzəri-nin məlumatına əsasən, bu günlərdə Yunanıstan da daxil olmaqla bir çox Avropa ölkələri görünməmiş istilər və onun nəticələri, o cümlədən geniş yayılmış meşə yanğınları, quraqlıq və su qıtlığı ilə mübarizə aparır.

 

Yunanıstanın paytaxtı Afinanın şimal ətrafından çəkilən hava görüntüləri göstərir ki, "Pentelli" dağlıq ərazisində baş verən güclü yanğın bu ərazidə 2000 hektardan çox meşə sahəsini məhv edib.

Bu kütləvi yanğın nəticəsində bir neçə yaşayış binası tamamilə yanıb.

Hazırda Afinanın bir neçə dağ yamacını təhdid edən böyük meşə yanğını ilə mübarizəyə 500-ə yaxın yanğınsöndürən cəlb olunub. Yunanıstanın Yanğınsöndürmə İdarəsi yanğını söndürmək üçün 15 təyyarə və 9 helikopterdən istifadə etdiyini açıqlayıb.

Son bir neçə onillikdə Yer kürəsinin orta temperaturu gözləniləndən daha çox artıb. Qlobal istiləşmənin əsas səbəbi "istixana effekti"dir. 

Keçən əsrdə istixana qazlarının artmasını, fosil yanacaqlardan istifadə kimi insan fəaliyyəti ilə əlaqələndirmək olar. 

Karbon qazının emissiyasına və qlobal istiləşməyə görə əsas məsuliyyəti qabaqcıl sənayeləşmiş ölkələr, xüsusən də ABŞ və Avropa İttifaqının böyük ölkələri daşıyırlar. 

Teqlər