İyul 26, 2022 12:38 Asia/Baku
  • BMT
    BMT

BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı günü səhər saatlarında Türkiyənin İraqın şimalındakı Dəhuk vilayətinə qarşı artilleriya hücumuna həsr etdiyi fövqəladə iclasında bu hücumu pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Təhlükəsizlik Şurası öz bəyanatında Dəhuk vilayətinə qarşı artilleriya hücumunu pisləməklə İraqın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini bildirib.

Təhlükəsizlik Şurasının üzvləri bütün üzv dövlətlərdən bu təhqiqata dəstək istiqamətində İraq hökuməti və digər müvafiq orqanlarla fəal əməkdaşlıq etmələrini istəyiblər.

Türkiyə ötən çərşənbə günü İraqın Dəhuk vilayətindəki “Pəre Rox” kurortunu hədəfə aldı; nəticədə doqquz mülki şəxs həlak oldu, 23 nəfər isə yaralandı.

Bağdad rəsmiləri bu hücumun Türkiyə qüvvələri tərəfindən həyata keçirildiyi və Ankaranın iraqlı mülkilərin ölmələri və yaralanmalarında məsuliyyət daşıdığını vurğulasalar da, Türkiyə bu ölkənin hərbi qüvvələrinin mülkilərə hücum etmədiklərini deyir.

İraqın xarici işlər naziri Fuad Hüseyn “Əssuməriyyə” telekanalı ilə müsahibədə deyib: Əgər Ankara ilə Türkiyə Kürdüstan Fəhlə Partiyası- PKK arasında bir problem varsa, bu problem İraq ərazisinə çəkilməməlidir. Bəzi iraqlı hərbi ekspertlər bu hücumun Türkiyə tərəfindən həyata keçirildiyini sübut ediblər.

 

Teqlər