Moskva İstanbul razılaşmasındakı öhdəliklərinə sadiqdir
-
BMT
Rusiyanın BMT-dəki nümayəndə heyətinin baş müşaviri bildirib ki, Moskva İstanbulda əldə olunan dördtərəfli razılaşma çərçivəsində öz öhdəliklərinə tamamilə sadiqdir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya və Ukrayna iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynanın Qara dəniz limanlarından taxıl ixracatındakı maneənin aradan qaldırılması və beynəlxalq ərzaq böhranının azaldılması üzrə mühüm bir müqavilə imzaladılar.
Rusiyanın BMT-dəki nümayəndə heyətinin baş müşaviri Yevgeni Varqanov deyib ki, Rusiyanın qida maddələri və kimyəvi gübrələrinin dünya bazarında paylanmasına yardım barədə Rusiya ilə BMT arasında imzalanmış anlaşma sənədi üç il müddətində qüvvədə qalacaq. Diplomat vurğulayıb ki, Rusiya öz öhdəliklərinə tamamilə sadiqdir.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT əsasında imzalanmış dördtərəfli razılaşma əsasında çərşənbə günü İstanbulda, Ukrayna taxılının ixracatı üzrə koordinasiya mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılış mərasimində Türkiyənin müdafiə naziri Hulusi Akar iştirak edib.