Avq 02, 2022 15:10 Asia/Baku
  • Əl-Qaidə liderinin qətli Baydenə niyə lazım idi? - TƏHLİL

Əl-Zəvahirinin Kabildə yerinin necə tapılması və necə öldürülməsi barədə şübhələr yaranıb.

SəhərAzəri-nin məlumatına əsasən, Daşkənddə ABŞ ilə Taliban nümayəndələrinin görüşündən bir neçə gün sonra “Əl-Qaidə” liderinin öldürülməsi kəşfiyyat və əməliyyat əməkdaşlığına dair söz-söhbətə yol açmışdır. Deyilənlərə görə, bu görüşdə Əfqanıstan Mərkəzi Bankının ABŞ tərəfindən dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi məsələsi müzakirə edilib.

Başqa sözlə desək, Taliban amerikalıların Əfqanıstan əmlakının bir hissəsini azad etmək vədi müqabilində əl-Zəvahirinin harada olması barədə ABŞ-a məlumat vermiş və onun Kabildə ölümü üçün zəmin hazırlamış ola bilər. Əslində amerikalıların bir neçə il əvvəl Talibanla əməkdaşlığını, nəhayət, keçən il Əfqanıstanın Talibanın əlinə keçməsinə səbəb olduğunu nəzərə alsaq, bu ehtimal daha da güclənir.

Aydın məsələdir ki, ABŞ prezidenti Co Bayden Əl-Qaidə liderinin öldürülməsi məsələsindən istifadə etməklə daxili və xarici problemlərinin bir hissəsini azalda bilir. Bununla yanaşı Əl-Qaidə liderinin Əfqanıstanın paytaxtında ölümü bəzi Amerika vətəndaşlarının gözündə Amerika hökumətinin imicini bərpa etməyə kömək edə bilər, çünki ötən il ABŞ qoşunlarının tələsik halda Əfqanıstandan çıxması Amerikanın siyasi dairələrində etirazla qarşılanmışdı.

Nəzərə alsaq ki, 100 gündən az bir müddətdə Amerikada aralıq seçkiləri keçiriləcək və Demokrat Partiyası bu seçkilərdə məğlubiyyətdən ehtiyatlanır. Təcrübə sübut edib ki, terror qruplaşmalarının liderlərinin, xüsusən də 11 sentyabr terror hadisəsində rolu ehtimal edilən əsas şəxslərin öldürülməsi kimi hadisələr amerikalı seçicilər arasında dəstək dalğası yaradır. Bayden həmçinin ümid edir ki, Əymən əl-Zəvahirinin ölüm əmrini verməklə o, ABŞ-ın Əfqanıstandan rüsvayçı şəkildə çıxması imicini düzəltməyə imkan tapmış olcaqdır.

Teqlər