ABŞ senatı İsveç və Finlandiyanın NATO-ya qoşulmaları ilə razılaşıb
https://azeri.sahartv.ir/news/dünya-i391830-abŞ_senatı_İsveç_və_finlandiyanın_nato_ya_qoşulmaları_ilə_razılaşıb
Amerika senatı İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya qoşulmaları ilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2022 07:28 Asia/Baku
  • ABŞ senatı İsveç və Finlandiyanın NATO-ya qoşulmaları ilə razılaşıb

Amerika senatı İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya qoşulmaları ilə razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, amerikalı senatorlar çərşənbə günü İsveç və Finlandiyanın NATO-ya üzvlüklərini, bir “əleyhinə” səs qarşılığında, doxsan beş “lehinə” səslə qəbul ediblər.

Fransa parlamenti də çərşənbə günü böyük səs çoxluğu ilə Finlandiya və İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya qoşulmaları ilə razılaşıb.

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaları barədəki sənədlər alyansın bütün otuz üzvü tərəfindən qəbul edilməlidir ki, bu iki ölkə NATO-nun beşinci maddəsilə müdafiə edilə bilsin.

Alyansın hər bir üzvü tərəfindən qəbuletmə prosesi, ehtimal üzrə bir il çəkər, amma bu arada Finlandiya və İsveç NATO-nun iclaslarında iştirak edə və daha çox informasiya əldə edə bilərlər.