Avq 06, 2022 13:20 Asia/Baku
  • Bəşəriyyətə qarşı misli görünməmiş cinayət

Dünyada ilk dəfə atom bombasının atıldığı Yaponiyanın Xirosima şəhərində baş verən faciənin üzərindən 77 il keçir. Azadlıq və insan haqları üzrə digər ölkələrə dırnaqarası dərs keçən Amerika Birləşmiş Ştatları bu cinayətin müəllifidir.

SəhərAzəri-nin məlumatına əsasən,biri-birindən 3 günlük fasilə ilə ABŞ tərəfindən törədilən Xirosima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir.

 İkinci dünya müharibəsinin sonlarında 1945-ci il 6 avqust tarixində Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” B-29 bombardman təyyarəsi “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb.

“Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul” adlanan atom bombası “Bockscar” B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb.

Xirosimada 90-166 min, Naqasakidə isə 60-80 min arası insanın həlak olduğu bildirilib.

Beləliklə bəşər tarixinin ən böyük cinayəti qeydə alınmış oldu. Amerika heç bir insani və hərbi prinsipə etina etmədən yüz minlərlə mülki insanı qətliam etmiş oldu.

Teqlər