Avq 11, 2022 16:51 Asia/Baku
  • Hindistan hərbçilər
    Hindistan hərbçilər

Ötən sutka ərzində Hindistan hərbi qüvvələrinin əməliyyatları və qarşıdurmalarında dörd kəşmirli gənc öldürülüb.

SəhərAzəri-nin məlumatına əsasən, Münaqişəli Kəşmir bölgəsi Pakistanın 1947-ci ildə müstəqillik əldə etməsindən sonra bu ölkə ilə Hindistan arasında bölünüb. Hər iki ölkə bu bölgə üzərində tam suverenlik iddiası ilə çıxış edir. Otuz il bundan əvvəldən bəri bu bölgədəki silahlı qruplar hind əsgərləri ilə vuruşurlar. Onlar Kəşmirin istiqlaliyyəti və ya Pakistana birləşdirilməsini tələb edirlər. Hindistan hökuməti isə onun həyata keçirilməsinə qarşı çıxır.

Kəşmirli gənclər Hindistan hərbi qüvvələrinin bu ölkənin nəzarəti altında olan Kəşmirin mərkəzində yerləşən Budqam bölgəsində evbəev axtarışı zamanı öldürülüblər.

Kəşmirli gənclərin öldürülmələrinə qarşı çıxan bölgə sakinlərinin etirazları ilə mübarizə aparmaq üçün “Budqam”ı mühasirəyə alan Hindistan hərbi qüvvələri sakinlərin bu əraziyə gediş-gəlişlərini əngəlləyiblər.

 

Teqlər