İspaniyada quraqlıq fonunda su müharibəsi qorxusu var
İspaniyanın cənubunda quraqlığın davam etməsi və bu bölgədə su çatışmazlığı fonunda bu ölkənin yerli icmaları arasında su müharibələrinin baş verməsi ilə bağlı narahatlıq yaranıb.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniyanın cənubunda su qıtlığı su istehlakına qoyulan məhdudiyyətlər səbəbindən artıq bir çox problemlərlə üzləşən bu regionun sakinlərinin narahatlığına səbəb olub.
Gəlirləri əsasən, turizmdən qaynaqlanan İspaniyanın cənubundakı Malaqa bölgəsində su çatışmazlığı münasibətlərin pozulmasına səbəb olub. Çünki ekoloqlar su çatışmazlığına görə, fermerləri günahlandırırlar; Hansı ki, daha çox gəlir əldə etmək üçün daha çox su tələb edən tropik meyvələrə üz tutublar.
Hesabatlar göstərir ki, İspaniyanın cənubundakı ən böyük göllərdən biri olan Vinuela gölündə suyun səviyyəsi o qədər aşağı düşüb ki, o, tam qurumaq ərəfəsindədir və yerli əhalinin güzəranına kölgə salıb.