Avq 19, 2022 11:18 Asia/Baku
  • Rusiya HHM qüvvələri Ukrayna PUA-sını vurublar

Krımda yerləşən Sevastopol şəhərinin icra hakimi yerli mənbələrə istinadən deyibdir ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri bir Ukrayna PUA-sını vurublar.

SəhərAzəri-nin məlumatına əsasən, Krım yarımadasında yerləşən Bilbik hava limanının səmasında PUA-nın vurulması tələfat və xəsarət törətməyibdir.

Sevastopol şəhərinin icra hakimi Mixail Razujayev bildiribdir ki, Sevastopolun hava hücumundan müdafiə qüvvələri şəhərin şimal-qərbində yerləşən qeyd olunan hava limanının səmasında bu pilotuszu vurublar.

Razujayev teleqramdakı şəxsi səhifəsində bu pilotsuzun vurulması ilə bağlı əhalidən asayişi qorumağı və xəbərləri mötəbər mənbələrdən almağı istəyib. Belə bir halda, Krım yarımadasının icra hakiminin media siyasətləri üzrə müşaviri Oleq Kryuçkov Kerç sahil şəhərində hava hücumundan müdafiə sisteminin fəallaşmasından xəbər verib. Qeyd edib ki, Krım körpüsü ilə bağlı heç bir təhlükə vətəndaşları hədələmir.

Teqlər