Avq 19, 2022 13:47 Asia/Baku
  • Rusiya Kalininqrada ultrasəs raketlərlə təchiz olunmuş təyyarələr göndərib

Rusiya dünən bildirib ki, NATO-ya üzv ölkələrlə mövcud olan gərginliklərlə bir zamanda ultrasəs raketlərlə təchiz olunmuş bir neçə təyyarəni Kalininqrada göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Kalininqrad, Rusiyadan ayrı, amma bu ölkəyə aid olan bir bölgə olub, Baltik dənizinin kənarında və Litva ilə Polşa arasında yerləşir.

Rusiyanın müdafiə nazirliyi bir bəyanatda Kalininqradda ultrasəs raketlərlə təchiz olunmuş təyyarələrdən istifadə haqda belə qeyd edib: Yeni çəkindirici strateji tədbirlər çərçivəsində “Kinjal” tipli ultrasəs raketlərlə təchiz olunmuş MİQ-21 tipli üç ədəd hərbi təyyarə Kalininqradda yerləşən Çkalovski hərbi hava bazasına göndərilib.

Rusiya müdafiə nazirliyinin bəyanatında deyilir ki, Kalininqrada göndərilmiş üç ədəd təyyarə bir döyüş bölməsi təşkil edib, sutka boyu əməliyyat keçirməyə hazır olacaqdır.

“Kinjal” tipli ultrasəs və ballistik raketlər və “Zirkon” tipli raketlər Rusiya ordusunun yeni silahlarındandır. Bu ölkənin prezidenti Vladimir Putin onları məğlubedilməz adlandırıb. Moskva iddia edibdir ki, müdafiə sistemləri bu raketləri izləməyə qadir olmayacaqlar.

Rusiya Ukraynaya qarşı hərbi hücum başlanandan bəri bir neçə dəfə elan edibdir ki, öz hərbi əməliyyatlarında ultrasəs raketlərdən istifadə edibdir.

Teqlər