Avq 19, 2022 18:35 Asia/Baku
  • İranla əlaqəm olmayıb

İslam Peyğəmbəri(s.ə)-in müqəddəsliyinə hörmətsizlik edən mürtəd yazıçı Salman Rüşdiyə hücum etmiş Hadi Mətər bu hücumu həyata keçirmək üçün İranla əlaqəsini təkzib edib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın Nyu-Cersi ştatının Feyrvyu şəhərinin sakini olan Hadi Mətər ötən həftə Nyu-Yorkun qərbində bıçaqla Salman Rüşdini yaraladı. Bəzi məlumatlara görə, o, bu mürtəd yazıçıya on-on beş bıçaq zərbəsi vurub.

Mətər Şotakon bölgəsindəki zindanda həyata keçirilən bu müsahibədə “Salman Rüşdi diridir” iddiası ilə çıxış edən isbat olunmamış məlumatlara cavabda deyib: Eşidəndə ki, o, diridir, təəccüb etdim.

Hadi Mətər söyləyib: Mənim bu adamdan xoşum gəlmir. Mənə elə gəlir ki, yaxşı adam deyil. O, İslama, müsəlmanların əqidələrinə və onların etiqad sisteminə hücum etmiş bir kəsdir.

Hadi Mətər Salman Rüşdiyə hücumunun tərzi barədə deyibdir ki, hücumdan bir gün öncə avtobusla Nyu-Cersidən Buffaloya gəlib və oradan da Şotakona gedibdir.

O, deyib: O tərəflərdə dolanırdım. Xas bir iş görmürdüm və yalnız qədəm vururdum.

Cümə axşamı günü gecə çəmən üzərində yatdığını bildirən Hadi Mətər qeyd edibdir ki, həmin müddət ərzində çöldə olubdur.

“Şeytan ayələri” kitabının nəşrinə zəmin yaratmış İngiltərə hökuməti iri xərclər çəkməklə Rüşdinin həyatının qorunmasının məsuliyyətini üzərinə götürübdür.

Teqlər