ABŞ müharibəni qızışdırmaqda davam edir: Vaşinqton Kiyevə idarə olunan raket verir
Bir ABŞ mediası bildirib ki, Vaşinqton Ukraynaya yeni təhlükəsizlik yardımı paketində bu ölkə qüvvələrini artilleriyadan buraxıla bilən Ekskalibur idarə olunan raketlərlə təmin etməyi planlaşdırır.
SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, Ekskalibur sursatları ABŞ-ın yeni təhlükəsizlik paketinə daxil edilməyib və onların Ukraynaya çatdırılmasının dəqiq vaxtı hələ də araşdırılır.
ABŞ Müdafiə Nazirliyi Ukraynaya dron, zirehli texnika və artilleriya da daxil olmaqla 775 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Pentaqonun bildirdiyinə görə, bu hərbi yardım paketinə 15 müşahidə pilotsuz təyyarəsi və HİMARS raket əleyhinə sistemlər üçün daha dəqiq döyüş sursatları daxildir.
ABŞ-ın Ukraynaya yeni yardımında 1000 "TOW" raketi və 1000 tank əleyhinə "Javelin" raketi də nəzərdə tutulub.
Ukraynaya bu yardımlar elə bir halda edilir ki, Rusiya Müdafiə Nazirliyi bir neçə gün əvvəl ölkə ordusunun Uman şəhəri yaxınlığındakı sursat anbarını məhv etdiyini açıqlamışdı. Məlumata görə, bu anbar ABŞ istehsalı olan "HİMARS" və "Haubitsa" raketlərinin saxlandığı yer olub.