İsveçrə polisinin rəisi: Qışda insanların iğtişaşlarına hazır olmalıyıq
https://azeri.sahartv.ir/news/dünya-i392369-İsveçrə_polisinin_rəisi_qışda_insanların_iğtişaşlarına_hazır_olmalıyıq
İsveçrə polisinin rəisi xəbərdarlıq edib ki, qarşıdan gələn qışda enerji çatışmazlığı yaranarsa, İsveçrədə insanlar iğtişaşlara çıxa bilər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 21, 2022 11:49 Asia/Baku
  • İsveçrə polisinin rəisi: Qışda insanların iğtişaşlarına hazır olmalıyıq

İsveçrə polisinin rəisi xəbərdarlıq edib ki, qarşıdan gələn qışda enerji çatışmazlığı yaranarsa, İsveçrədə insanlar iğtişaşlara çıxa bilər.

SəhərAzəri-nın məlumatına görə, İsveçrə polisinin rəisi Fredi Fassler deyib: "Elektrik enerjisinin kəsilməsinin ciddi fəsadları olacaq".  

O qeyd edib ki, bunun baş verəcəyini gözləmir, lakin hakimiyyət ən pis ssenariyə hazır olmalıdır.

"İsveçrə qışda elektrik enerjisi çatışmazlığı təhlükəsinə fəal şəkildə hazırlaşır. Enerji təchizatı diqqət mərkəzindədir", - deyə, o əlavə edib.

İsveçrə hakimiyyəti xəbərdarlıq edib ki, elektrik enerjisi və ya qaz qıtlığı yaranarsa, ilk dəfə olaraq, qarşıdan gələn qışda enerji istehlakına məhdudiyyətlər qoya bilərlər.

2021-ci ildən bəri Avropada enerji qiymətləri qlobal tendensiyaya uyğun olaraq, sürətlə yüksəlir.

Rusiyanın Ukraynaya hücumu başladıqdan və Moskvaya qarşı bir neçə sanksiya paketi tətbiq edildikdən sonra Avropada enerji vəziyyəti xeyli pisləşib.