Borrell Rusiya vətəndaşlarının Avropaya girişinə qadağa qoyulmasına qarşı çıxıb
Avq 23, 2022 20:34 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi bütün Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə daxil olmasını qadağan etmək ideyasına qarşı çıxıb və onun yaxşı fikir olmadığını söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Cozep Borrel İspaniyada keçirilən beynəlxalq bir forumda bloka üzv olan bəzi ölkələrin ruslara viza verilməsini dayandırmaq təklifini rədd edib.
Eyni zamanda, Borrell iddia edib ki, rus oliqarxları Aİ-yə buraxılmamalıdır, lakin guya "ölkəni tərk etmək istəyən" çoxlu ruslar var.
O, deyib: "Biz daha seçici olmalıyıq".