Avq 24, 2022 11:10 Asia/Baku
  • Putin avropalıların tərəddüdlərini nəzərə alıb

Avropa Birliyinin xarici işlər və təhlükəsilzlik məsələləri üzrə ali nümayəndəsi iddia edib ki, Rusiya prezidenti avropalıların Ukraynadakı müharibənin nəticələrinə dözmək üzrə tərəddüdlərini nəzərə alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cozep Barrell bildirib ki, Avropa İttifaqı Rusiya ilə bağlı fərqli yanaşmalara malik olan ölkələr toplusundan ibarətdir.

O, vurğulayıb ki, Avropa Rusiya ilə mübarizədə öz birliyini qoruyub saxlamalıdır.

Ukraynada döyüşlərin davam etdiyi bir halda, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bəzi vasitəçilər Ukraynada gərginliyi azaltmağa və Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməyə çalışırlar. Buna baxmayaraq, Qərb ölkələrinin Ukraynaya silah yardımları gərginliyin son həftələr ərzində kəskinləşməsinə səbəb olubdur.