Avropa qitəsində son 500 ildə görünməmiş quraqlıq
https://azeri.sahartv.ir/news/dünya-i392451-avropa_qitəsində_son_500_ildə_görünməmiş_quraqlıq
Avropa Birliyinin tabeliyində olan ətraf mühitə nəzarət agentliyi bildirib ki, bu qitədəki hazırkı quraqlıq son beş yüz ildə görünməmiş bir quraqlıqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2022 07:29 Asia/Baku
  • Avropa qitəsində son 500 ildə görünməmiş quraqlıq

Avropa Birliyinin tabeliyində olan ətraf mühitə nəzarət agentliyi bildirib ki, bu qitədəki hazırkı quraqlıq son beş yüz ildə görünməmiş bir quraqlıqdır.

SəhərAzəri-nin məlumatına əsasən, Agentlik öz məlumatında xəbərdarlıq edibdir ki, builki quraqlıq miqdarı, elektrik enerjisi istehsalında və gəmiçilikdə mənfi təsir buraxan bu qitənin son beş yüz ildəki ən pis vəziyyətidir.

Avropa Birliyi Komissiyasının nəzarəti altında olan agentliyin avqust hesabatı göstərir ki, Avropa qitəsinin 47 faizi şiddətli quraqlığın təsiri altındadır.

Bu il əksər Avropa ölkələrində quraqlıq və kəskin istilər meşə ərazilərində yanğınlara və bu bölgələrdəki bir çox yaşayış məntəqələrinin boşaldılmasına səbəb olub.

Avropa Komissiyası öz bəyanatında bildiribdir ki, Avropa qitəsinin hazırkı quraqlığı bir çox kənd təsərrüfatı məhsulunun məhvinə gətirib çıxarıbdır.