Sergey Şoyqu:
“Ukrayna Rusiyaya qarşı bəhanəyə çevrilib”
“Ukrayna münaqişəsi ABŞ və müttəfiqləri üçün Rusiyaya qarşı iqtisadi və informasiya müharibəsinə başlamaq üçün növbəti bəhanə oldu”.
SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatının iştirakçısı olan ölkələrin müdafiə nazirlikləri rəhbərlərinin müşavirəsində deyib.
“Bu gün Rusiyaya qarşı sərt sanksiya və informasiya müharibəsinə başlanılıb. Və Ukrayna münaqişəsi bunun üçün yalnız növbəti bəhanə oldu. ABŞ və onların müttəfiqlərinin bəyan etdiyi məqsəd - rəqabəti aradan qaldırmaq üçün Rusiyanın strateji tükənməsi və müstəqil xarici siyasət aparan digər dövlətlərə xəbərdarlıqdır”, - Şoyqu deyib.
Bununla yanaşı, o qeyd edib ki, Rusiya yeni şəraitdə Avropada sabitliyin hüquqi əsaslarının formalaşdırılması üçün ciddi səylər göstərib.
“Lakin başda Vaşinqton olmaqla Qərb qarşılıqlı təhlükəsizliyin təminatı, ilk növbədə, Ukraynanın neytral statusu ilə bağlı narahatlığımızı nəzərə almaqdan imtina edib”, - deyə Rusiyanın müdafiə naziri bildirib.